İran

Güneyli fəal Vəhid Əbhərinin məhkəməsi keçirilib

Vəhid Əbhəri 1395-ci ildə mədəni fəaliyytlərinə görə əmniyət gücləri tərəfindən tutularaq 5 gün dindirildikdən sonra azad edilmişdi.

O, mordadın 2-də əl-Əhvaz ərəblərinə dəstək mitinqi ilə bağlı tutulmuşdu.

Bu gün, aban ayının 8-i, şənbə günü Təbrizdə 2 mordad əl-Əhvaz ərəblərinə dəstək aksiyası iə bağlı tutulan milli-mədəni fəal Vəhid Əbhərinin məhkəməsi keçirilib.

Qazi Rza Fruğinin başçılığı ilə Təbrizin 2-ci Cəza Məhkəməsinin 111-ci bölməsində keçirilən məhkəmədə Vəhid Əbhərinin “ictimai şəbəkələrdə irtibatat sistemləri üzərindən insanları zorakılığa təhrik və dəvət etmək” ittihamına baxılıb.

Vəhid Əbhəri 1395-ci ildə mədəni fəaliyytlərinə görə əmniyət gücləri tərəfindən tutularaq 5 gün dindirildikdən sonra azad edilmişdi.

Bununla yanaşı, Əbhəri 1396 və 1397-ci illərdə Babək qalasına illik yürüşə qatıldığı və 1398-ci ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün tutulub.

Bildirək ki, mordadın 2-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Mitinqdə “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə İran hökumətinin başqa millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz ediblər.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal tutulub.

Tutulanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button