Sağlıq & Yaşam

İrandan başqa ölkələrə üz tutan həkim və sağlıq personalının sayı artıb

İranda tibbi qurumların bildirdiyinə görə, həkimlər və tibb personalının başqa ölkələrə köçmələrinin sayında artım müşahidə olunur.

İranda tibbi qurumların bildirdiyinə görə, həkimlər və tibb personalının başqa ölkələrə köçmələrinin sayında artım müşahidə olunur.

“Tejarat News”a xəbər verir ki, məsələ ilə bağlı İranın Sağlıq Sistemi Qurumunun keçmiş başçısı deyib: “Yol problemləri və bir çox iqtisadi və ictimai problemlər ölkədə işləmək istəyini azaldıb və başqa ölkələrə köçmək istəyini artırıb”.

İranlı həkim və siyəsətçi Məhəmməd Rza Ğəzəfğəndi mövzu ilə bağlı deyib: “Məsələləri gizlətmək yerinə, bununla bağlı çarə düşünmək lazımdır. Əlbətdə ki, elmi yanaşma və islahatçıların məsləhətlərini dinləmək üçün telefona sahib olmaq, bir az da dözümlü olmaq millətin bu qiymətli sərvətlərini qoruyub saxlamaq üçün yaxşı çarədir”.

Sağlıq Sistemi Qurumunun ümumi rəvabit bölməsini müdiri Ümid Sədri isə təkcə bu ilin yayında 3 ay içində mindən çox həkimin fəaliyyətlərinə ayrı ölkələrdə davam edə bilmək üçün başqa ölkələrə getmək üzrə təşkilata müraciət etdiklərini deyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button