Azərbaycanİran

​​Güneyli fəallar barədə həbs qərarı çıxarılıb

Təbriz şəhərinin “Səhənd” stadionunda Azərbaycanın “Traktor” və Tehranın “Havadar” komandaları arasında keçirilən görüşün sonunda stadiondan çıxarkən saxlanılan fəallar barəsində şərti həbs qərarı çıxarılıb.

Səməd Heydəri, Əmin Tağızadə və Hadı Gözəli adlı gənclər barəsində Təbriz şəhərinin Prokurorluğunun 15-ci İstintaq Şöbəsində keçrilimiş iclasın yekununda hər birinə 1 ilədək şərti həbs cəzası qərarı çıxarılıb.

Onlar həmin müddət ərzində qanun pozuntularına yol verəcəkləri təqdirdə çıxarılmış həbs müddəti icraya yönələcək. Fəallar həmin qərar barədə vəsatət qaldırıblar və etirazlarına cavab verilməsini gözləyirlər

Related Articles

Bir cavab yazın

Back to top button