Azərbaycanİran

Güneyli idmançı Kərəc şəhərinin həbsxanasına köçürülüb

İranda etiraz aksiyalarında saxlanılaraq ağır həbs cəzasına məhkum edilən Səhənd Nurməhəmmədzadə Kərəc şəhərinin "Rəcaişəhr" həbsxanasının ümumi bölməsinə köçürülüb

Bir müddət əvvəl onun həbsdə olduğu müddətdə barəsində iki yeni ittiham irəli sürülüb və təkadamlıq kameraya salınmışdı.

Məhbusun vəkili Hamid Əhmədinin verdiyi məlumata görə, müvəkkili “yalan məlumatlar yaymaq” və “ictimai rəyi təhrik etmək” ittihamları ilə üzləşib.

Səhəndə qarşı irəli sürülən yeni ittihamların onun istintaq dövrü işgəncə edilməsi ilə bağlı səs yazısının yayılmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni “müharibə” ittihamı ilə öncə edama məhkum edib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button