Azərbaycanİran

Güneyli idmançı və milli fəal müvəqqəti azadlığa buraxılıb

Güneyli fəalların verdiyi məlumata görə, Təbriz zindanında saxlanılan milli fəal və idmançı Kərim İsmayılzadı noyabrın 24-də müvəqqəti olaraq girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Noyabrın 2-də təhlükəsizlik məmurları tərəfindən saxlanılan milli fəal təhlükəsizlik təcridxanasında dindirilmə zamanı döyüldükdən sonra həbsxanaya köçürülüb.

Noyabrın 16-da təhlükəsizlik məmurları və zindan məsullarının göstərişi ilə 3 cinayətkar Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum edərək onu yaralayıblar.

Qeyd edək ki, Kərim İsmayılzadə bundan öncədə sosial mediadakı paylaşımları və dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button