Azərbaycan

Güneyli məhbus zindanda intihar edib

Güney Azərbaycaın Maku şəhər sakini, şəhərin mərkəzi zindanında saxlanılan məhbus Məhəmməd Dirəfşi özünü yandıraraq intihara cəhd edib.

Məhbusun bundan öncə zindan məmurlarının onun işinə baxmadıqları və qeyri-müəyyən şəraitdə saxladıqlarına etiraz olaraq bir həftə aclıq aksiyası keçirdiyi deyilir.

Bu haqda İnsan Haqları Təşkilatının məlumatında bildirilib ki, Məhəmməd Dirəfşi zindan məmurlarına çox saylı müraciət etməsindən nəticə ala bilmədiyi üçün özünü yandıraraq intihara cəhd göstərib. Hazırda zindanın tibb məntəqəsinə yerləşdirilən məhbusun vəziyyətinin ağır olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button