Azərbaycanİran

Güneyli media fəalı Siyavuş Süleymanpur müvəqqəti azad edilib

O, girov qarşılığında Urmiyə zindanından buraxılıb.

Oktyabrın 1-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan media fəalı, jurnalist Siyavuş Süleymanipur 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəhbəri, “Çiçhest News” saytının məsul meneceri və lisenziya sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə çağırılıb, təhdid edilib və saxlanılıb.

Onun həbsindən sonra rəhbərlik etdiyi “Çiçhest News” saytı və “Amu News” sosial media kanalının fəaliyyəti “cinayət xarakterli materiallar yaymaq” ittihamı ilə hökumət tərəfindən dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button