Azərbaycan

Güneyli milli fəal iki il həbs cəzasına məhkum edildi

"Aznews tv" xəbər verir ki, Güney Azərbaycanın Culfa şəhər sakini olan fəallara qarşı həbs qərarı Təbriz İnqilab Məhkəməsinin 3 saylı şöbəsinin hakimi Fəthnejad tərəfindən çıxarılıb.

İran məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səid Sultanini iki il həbs cəzasına məhkum edib.

“Aznews tv”  xəbər verir ki, Güney Azərbaycanın Culfa şəhər sakini olan fəallara qarşı həbs qərarı Təbriz İnqilab Məhkəməsinin 3 saylı şöbəsinin hakimi Fəthnejad tərəfindən çıxarılıb.

Hökm şifahi şəkildə Babək Sultaninin vəkili Əsğər Məhəmmədiyə bildirilib. Onun təcridxanada keçirdiyi günlər də həbs müddəti kimi hesablanacaq.

Qeyd edək ki, Səid Sultani ötən il digər milli fəal Babək Kiyumərsi ilə birlikdə Culfa şəhərində iş yerlərində ETTELAAT qüvvələri tərəfindən tutularaq İran Təhlükəsizlik Nazirliyinin Təbrizdəki təcridxanasına salınmışdılar.

Bir müddət sonra onlar hər biri 500 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Qeyd edək ki, son günlərdə İran məhkəməsi milli fəallar Pərviz Siyabini 16 il, Ruzbeh Pirini 6 il və Səid Sultani ilə Babək Kiyumərsinin hər birini isə 2 il həbs cəzasına məhkum edib.

Related Articles

Bir cavab yazın

Back to top button