Dünya

Pentaqon sözçüsü: Amerika İranın dəstəklədiyi yaraqlılar təhdidi ilə mübarizə aparacaq

"Aznews tv" xəbər verir ki, Kerbi "Amerika Qüvvələrinin Mərkəzi Komandanlıq Qərargahı - CENTCOM"un bu təhdidlərlə mübarizədə hansı üsul və yanaşmalardan istifadə edəcəyini açıqlamadan, Pentaqonun tamamilə İranın insansız uçaqları məsələsinə kökləndiyini xatırladıb

Pentaqon sözçüsü Con Kerbi dekabrın 16-da keçirdiyi mətbuat konfransında İranın Suriyada himayə etdiyi yaraqlı dəstələrin təhdidlərinin artmaqda olduğunu vurğulayaraq deyib ki, Amerika bu təhdidlərlə mübarizə aparmaq üçün bütün səylərini həyata keçirəcək.

“Aznews tv” xəbər verir ki, Kerbi “Amerika Qüvvələrinin Mərkəzi Komandanlıq Qərargahı – CENTCOM”un bu təhdidlərlə mübarizədə hansı üsul və yanaşmalardan istifadə edəcəyini açıqlamadan, Pentaqonun tamamilə İranın insansız uçaqları məsələsinə kökləndiyini xatırladıb.

Amerika Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri dekabrın 14-də Suriyanın cənubundakı Əl-Tənf bazasına doğru hərəkətdə olan bir ədəd insansız uçağı vurub. Hadisə zamanı digər bir insansız uçaq isə bölgədən uzarlaşmağa müvəffəq olub.

Kerbi daha sonra qeyd edib ki, hadisə yerindən qaçan həmin insansız uçağı isə Britaniya vurub.

Related Articles

Bir cavab yazın

Back to top button