İbadı İranda etirazçıların məqsədinin Tehran rejiminin devirmək olduğunu deyib.
“İranda nümayişlər davam edir və etirazçıların məqsədi ölkə konstitusiyasının dəyişdirilməsi və hazırkı hakimiyyətin devrilməsidir. Bu rejim islah olunmazdır və biz dinin siyasətdən ayrı olduğu bir sistemin qurulmasını istəyirik”,- Şirin İbadi bildirib.
Martın 15-də çıxış edən Nobel mükafatı laureatı Avropa Parlamentinin nümayəndələrindən SEPAH-ı terror təşkilatları siyahısına salmaqla İran xalqlarının yanında durmalarını istəyib.
O,bununla yanaşı bir daha İran vətəndaşlarının Tehran rejiminin nüvə proqramının və başqa ölkələrə müdaxilənin əleyhinə olduqların qeyd edib.
“Tarix kitablarınızda yazın ki, Tehran rejimi şagirdlərə belə rəhm etməyib və onları kimiyəvi qazlarla zəhərlədi”,- deyə, hüquq müdafiəçisi İranda minlərlə məltəblinin zəhərlənməsi məsələsinin rejim tərəfindən törədildiyini söyləyib.
Şirin İbadi bölgədə sülh və sabitliyin yaranmasının yalnız Tehran rejiminin devrilməsindən sonra mümkün olacağını bildirib.