Azərbaycanİran

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

Güney Azərbaycanlı rejissor Məhəmməd Əlimuradi Xoy zəlzələsi nəticəsində zərər çəkənlərə yardımla bağlı yenidən müraciət edib.

Tanınmış rejissor özünün sosial media hesabında etdiyi paylaşımda vətəndaşlardan xoylulara yardım barədə xahiş edib.

Evləri dağılan xoyluların yerləşdirildiyi çadır düşərgəsindən çəkiliş edən Məhəmməd Əlimuradi hökumətin yardımlarının yetərli olmadığını deyib.

“Burada durum ağırdır. 8 ailə bir çadırda yerləşdirilib. Bu soyuq havada çadırlarda istilik qurğularının çatışmaması əlavə çətinliklər yaradıb. Şaxtanı nəzərə alaraq çadırlar kanekslərlə əvəzlənməlidir”,- rejissor bildirib

Related Articles

Bir cavab yazın

Back to top button