Azərbaycan

Güneyli rejissor Zunuzun ekoloji problemləri ilə bağlı sənədli film çəkib

Güney azərbaycanlı Rejissor Məhəmməd Əlimuradi Şərqi Azərbaycan əyalətinin Zunuz bölgəsində qeyri-standart və qanunsuz mədən fəaliyyətlərinin ekolojiyaya vurduğu ziyanlarla bağlı qısametrajlı sənədli film çəkib.

O, yerli əhali. millət vəkili və ekoloqları danışdırıb,onları bölgənin ekologiyasının təhlükədə olduğu barədə fikirlərini əks etdirib.

“Zunuz çayının əsas başlanqıc yerində hal-hazırda mədən istismarı üçün qazıntılar və kəşfiyyat işləri aparılır. Bu davam edərsə çay quruyacaq, qalan suyun isə keyfiyyəti aşağı düşəcək. Hazırda Şərqi Azərbaycanda su çatışmazlığı 17 milyard kubmetrdir. Quraqlığın tuyan etdiyi deyilən İsfahanda bunun 12,02 milyard kubmetr olduğunu nəzərə alsaq Azərbaycada necə bir fəlakətin baş verməkdə oldu aydın olar”-deyə, tanınmış ekoloq Məhəmməd Dərviş bildirib.

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan isə mədən rəhbərliyinin pul qazanmaq xatirinə bölgəyə ciddi ziyan vurduqlarını deyib.

“Əgər biri gəlib burada pul qazanmaq üçün ətraf mühitə zərbə vuracaqsa, bu nə insani, nə elmi və nədə ictimai baxımdan düz iş sayılmır. Zunuzun gözəl təbiəti var, ancaq burada aparılan mədən fəaliyyətləri bu təbiətin aradan getməsi barədə qorxuları çoxaldır. Bu,əhalinin buradan başqa yerlərə mühacirət etməsinə səbəb ola bilər”-deyə, Pezeşkiyan qeyd edib.

Yerli sakinlərdən biri isə hələlik bölgənin bir sıra yerlərdə suyun olduğunu, ancaq bir müddətdən sonra quraqlığın baş verəcəyini deyir.

Yerli arıçılardan biri qaydasız mədən fəaliyyətlərinin suyun, ətrafın və havanın çirklənməsinə səbəb olduğunu, toz-torpağın gül-çiçəyin üstünü örtdüyü üçün artıq arıların qıdalana bilmdiyini və məhsuldarlığın azaldığını söyləyir.

Məhəmməd Əlimuradi isə bölgədə mədən fəaliyyətlərinin aparılması üçün verilən icazənin bütün ətraf mühit qanunlarının ziddinə olduğunu qeyd edir.

“Burada kəsilən və aradan aparılan bir çox bitki növləri nadir növlər sayılır. Belə davam edərsə buralar şoranlığa çevriləcək”-deyə, rejissor xəbərdarlıq edir.

Related Articles

Bir cavab yazın

Back to top button