Azərbaycan

Güneyli rejisssor girov götürüldüyünü deyir

O, həyat yoladşı ilə telefon danışığında bunu deyib.

Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı rejissor və ssenarist Cəfər Pənahi iyulun 13-də həyat yoldaşı Tahirə Səidi ilə telefon danışığı zamanı Tehran hökuməti tərəfindən oğurlanaraq girov götürüldüyünü deyib.

O, saxlanıldıqdan sonra 3 gün müddətinə ən ibtidai imkanlardan, o cümlədən yemək və içməkdən məhrum edilərək ac saxlanıldığını söyləyib.

Pənahi bununla yanaşı zindan məsulları və nəzarətçilərinin onun tibbi xidmətlərdən istifadə etməsinə də icazə vermədiklərini bildirib.

Tanınmış rejissorun həyat yoldaşı Tahirə Səidi sosial mediada etdiyi paylaşımda Cəfər Pənahi üçün şəxsi əşyalar və dərmanlar apardığını, ancaq zindan məsullarının onun görüşünə icazə vermədiklərini deyir.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub

Related Articles

Bir cavab yazın

Back to top button