Azərbaycanİran

Güneyli şair saxlanılıb

Güney Azərbaycanlı şair və yazıçı Süleyman (Aydın) Məhəmmədi Ərədbil şəhəri Təhülkəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Yeni əldə olunmuş məlumata əsasən məmurlar gecə çağı fevralın 5-də aktivistin Ərdəbildə iş yerinə vəhşicəsinə hücum edərək onu saxlayıb Tehran Əyaləti Baş Təhlükəszilik İdarəsinə aparıblar.

Onun hazırkı vəziyyəti barədə məlumat yoxdur.

Bildirək ki, Məhəmmədi 1991-ci ildən şerlər, nağıllar və məqalələrini müxtəlif jurnallar, aylıqlar və həftəlik dərgilərində türkcə ana dilində yazaraq nəşr etdirib.

Ərdəbilli aktivist bundan əvvəl 2006-cı ildə saxlanılıb 3 ayadək həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button