Azərbaycanİran

Güneyli siyasi məhbus: “Qadın zindanında məhbusların izdihamlı olması repressiyaların güclənməsinə işarədir”

Bu barədə əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədinin instaqram hesabında yazılıb.

Avqustun 4-də İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədinin instaqram hesabında
məhkəmə və təhlükəsizlik orqanlarının illərdir məhbusların hüquqlarını pozduğu və son günlər insan haqlarının pozulmasının səviyyəsi və miqyası daha da artdığı yazılıb.

Məlumatda yazıldığına görə, bu günlərdə 50-dən çox siyasi və ideoloji məhbus Evin zindanının qadın bölməsində həbs cəzasını çəkir və son günlər korona xəstəliyinin yenidən yayılması qadınların vəziyyətini dahada ağırlaşdırıb.

İnsan Haqları Müdafiə Birliyinin sözçüsü son mesajında ​​Evin həbsxanasının rəhbərliyinin koronaya yoluxmuş məhbusların məzuniyyətə çıxmasına icazə vermədiyinə diqqət çəkib və bu vəziyyətin davam etməsinin yoluxmuş şəxslərin başqa məhkumların həyatı üçün təhlükə yarada biləcəyini vurğulayıb.

O, daha sonra insan haqları müdafiəçiləri və təşkilatları məhbusların əsas hüquqlarının pozulması qarşısında səssiz qalmamağa, siyasi və ideoloji məhbusların qanuni hüquqlarını müdafiə edərək İran hökumətini insan haqlarına hörmət etməyə məcbur etməyə çağırıb.

İran insan haqları təşkilatları və hüquq müdafiəçiləri “Qərçək” zindanında saxlanılan qadın siyasi məhbusların Evin zindanının 2-ci bölməsinə köçürüldüyünü bildiriblər.

Bu məlumata görə, 2-ci bölmə bu məhbuslar gələnə qədər koronaya yoluxmuş şəxslər üçün xüsusi karantin bölməsi kimi nəzərdə tutulan yer olub və yeni məhbusların gəlməsi ilə karantin üçün yer qalmır.

Əslən Zəncan(Zəngan) şəhərindən olan Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib.

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilmişdi, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad edilmişdi.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda “Qərçək” zindanında məhkumluq dövrünü yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button