Azərbaycanİran

Güneyli siyasi məhbus naməlum yerə aparılıb

Tehranın Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahimi başqa 12 məhbusla birlikdə naməlum yerə aparılıb.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məhbusların şəxsi əşyalarının həbsxanada qaldığı, aparıldıqları zaman onların ailələri ilə telefon əlaqəsi saxlamalarına icazə verilmədiyi bildirilib.

Onlar sentyabrın 3-də Tehranın Evin həbsxanasında Qızılhisar həbsxanasına köçürülmələrinə etiraz olaraq sentyabrın 7-dən aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı müəllim Cəfər İbrahiminin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün yaxınları və insan haqları müdafiəçiləri onun həyatından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq” habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button