İran

Güneyli siyasi məhbus Tehran zindanında aclıq aksiyası keçirir

Fərşi, qeyri-fars millətlərin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına əl atəb

Güneyli türk dili fəalı, siyasi məhbus Əlirza Fərşi 21 Azər hərəkatının ildönümündə İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına, Urmu gölünün qurudulmasına, Azərbaycan mədənlərinin talanmasına və xalqın ağır məişət problemlərinin həll olunmamasına etiraz əlaməti olaraq 3 günlük aclıq aksiyasına başlayıb.

Aclıq aksiyası ilə bağlı yaydığı bəyanatda Əlirza Fərşi yazıb:
“İranda Azərbaycan, qaşqay, türkmən, Xorasan və xələc türklərinin, eyni halda ərəb, bəluç, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyin etmə, ana dilində təhsil, iqtisadi-ictimai və başqa hüquqlarından məhrum edilmələrinə etiraz olaraq 3 günlük aclıq aksiyasına başlayıram”-deyə, siyasi məhbus yaydığı bəyanatda yazıb.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button