Bu barədə onun ailəsi məlumat yayıb.
Fəalın ailəsi bildirib ki, o, 10 gün əvvəl yoxa çıxıb və bütün əlaqə vasitələri, o cümlədən mobil telefonu qapadılıb.
10 gündən sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayan Hüseyn Mənuçöhri həbsdə olduğunu bildirib.
Onun həbs səbəbi və ittihamı, harada saxlanılması barədə məlumat verilməyib.
Sosial media fəalı son vaxtlar ölkədəki ictimai və iqtisadi məsələlərlə bağlı tənqidi fikirlərini paylaşırdı.
Saxlanılmasının paylaşımlarına görə olduğu ehtimal edilir.