
Tehranda yaşayan azərbaycanlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
O, Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə saxlanılıb.
Qeyd edək ki, Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəaların, o cümlədən Abbas Kisaninin də müdafiəçisi kimi çıxış edib.