Azərbaycanİran

Güneyli xanım tələbə Rəisiyə görə Təbriz Universitetindən qovuldu

Təbriz Universitetinin xanım tələbəsi Sədəf Heydəri heç bir məlumat verilmədən Universitetdən qovulub və təhsilinə qadağa qoyulduğu bildirilib.

Məmurlar Heydərinin Təbriz Universitetinin yataqxanasındakı otağına hücum edib, axtarış aparıb və ona məxsus bir sıra əşyaları müsadirə edib, tələbəni isə oradan çıxarıblar.

Məmurlar və Universitet rəhbərliyi Sədəf Heydərinin Universitetdən və yataqxanadan qovulması səbəbləri ilə bağlı məlumat verməyiblər.
Azərbaycanlı tələbənin yaxınları isə onun İbrahim Rəisinin ölümü ilə bağlı paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Qeyd edək ki, Sədəf Heydəri  bundan əvvəl 2022-ci ilin sentyabr etirazlarında da həbs edilib və təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button