Dünya

Gürcüstanda son sutkada 4 043 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 043 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 143 376 nəfərə, ölənlərin sayı isə 1 342 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 121 621 nəfərin sağaldığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button