Azərbaycan

Gürgan körfəzi quruma təhlükəsi ilə üzləşib

Xəzər Dənizinin güneyində yerləşən Gürgan Körfəzinin yüzdə 27-si quruyub. Bu durum körfəz sularında yaşayan canlılar üçün təhlükəli hal almağa başlayıb. Məsələ ilə bağlı bəhmən ayının 5-də Oqyanusşünaslıq və Cəvv Elmləri Milli Araşdırmalar Mərkəzinin teknoloji işlər müavini Həmid Əlizadə bilgi verib. O, suyun səviyyəsinin azalmasına səbəb kimi iqlim dəyişikliyi, qlobal istiləşmə, yağıntıların azalması və buxarlanmanın artmasını qeyd edib. Gürgan körfəzinin qurumasının qarşısını almaq üçün işlərin görülməsinin gərəkliliyini bildirib. Bildirək ki, Gürgan körfəzi 1354-cü ildə “Ramsər Konvansionu Gölməçələri” listəsinə salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button