Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Həbsdə olan azərbaycanlı həkim: “Heç bir hökumət zülmlə ayaqda qala bilməz”

Yəzd həbsxanasında 15 il sürgün cəzasına həbs edilən azərbaycanlı məşhur həkim Həmid Qarahəsəli siyasi məhbuslar Məhəmmədmehdi Kərəmi və Məhəmməd Hüseyninin edamının ikinci ildönümündə bildirib ki, heç bir hökumət zülmlə ayaqda qala bilməz.

Qarahəsənli İranda əhaliyə müraciətində deyib: “Ehtiyat və qorxunu cəsarətlə əvəz etməliyik. Biz bütün gücümüzlə dayanmadan çalışmalıyıq. Rəngindən, irqindən və dinindən asılı olmayaraq bütün iranlılar üçün səy göstərək. Biz haqlı tələblərimizi əldə etmək prosesində zorakılıq hərəkətlərinə yol verməməliyik… Həqiqəti nə qədər sıxışdırsalar da, yenidən yüksələcək. Çünki heç bir yalan sonsuza qədər gizlənə bilməz və zülm edən heç bir hökumət tab gətirə bilməz”.

Qeyd edək ki, Həmid Qarahəsənli 2022-ci ilin sentyabrında başlayan xalq etirazlarında hökumət qüvvələrinin öldürdüyü azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button