Həmədan əyalətin baş prokuroru Həsən Xancani jurnalistlər ilə bir araya gələrək bu barədə məlumat verib.
Həmədan əyalətin baş prokuroru Həsən Xancani indiyə qədər aksiyalar ilə əlaqədar 234 nəfər haqqında ittihamnamə hazırlandığını bildirib.
Onun sözlərinə görə, əyalətin mərkəzi Həmədan şəhərində iki məhkəmə şöbəsi, əyalətin digər şəhərlərinin hər birində isə bir şöbə bu dosyelərə baxacaqlar.
Etirazçıları “iğtişaşçı və üsyançı” adlanıdıran prokuror məhkəmə sisteminin onlara qarşı kəskin ölçülər götürdüyünü deyib.
Baş prokuror əyalətdə nümayişlər ilə əlaqədar tutulanların 5 faizinin hələ nəzarətdə saxlanıldığını, digərlərinin sərbəst buraxıldığını söyləyib.