Azərbaycanİran

Həmədanda 700 etirazçı həbs edilib

Həmədanda həbs olunan etirazçıların sayı açıqlanıb. Bu barədə SEPAH komandiri açıqlama verib.

İran İnqilab Keşikçiləri Korpusunun Həmədan əyalətindəki “Ənsarul Hüseyn” qərargahının komandiri Məzahir Məcidi etiraz aksiyaları zamanı 700 nəfərin həbs edildiyini bildirib.

O, saxlanılanların çoxunluğunun gənc, yeniyetmə və yaşlarının  25-dən aşağı olduğunu deyib.

SEPAH komandiri etirazçılar barədə Tehran rəsmilərinin iddialarını təkrar edərək, həbs edilənlərin əksəriyyətinin islam inqilabı dəyərləri ilə tanış olmadıqlarına görə, xarici qüvvələr və düşmənlər tərəfindən aldadıldıqların iddia edib.

İnsan haqları təşkilatları və sosial media fəalları SEPAH komandirinin həbs edilənlərin sayı barədə açıqlamasınının həqiqəti əks etdirmədiyini, saxlanılanların sayının deyilənlərdən daha çox olduğunu yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button