Azərbaycanİran

Həmədanda daha bir tarixi abidə dağılmaq üzrədir

Həmədan şəhərinin yaxınlığında, Şəvərin kəndində yerləşən və Qacarlar dövrünün memarlıq nümunələrindən olan tarixi hamam baxımsızlıq səbəbindən tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir.

Bu barədə yerli mədəni fəallar məlumat yayıblar.

Onların sözlərinə görə, Qacarlar dövründə Güney Azərbaycanın sayılan ailələrindən olan Qaragözlülər ailəsi tərəfindən tikilən tarixi hamam bundan öncə İranın milli əsərlər siyahısında qeydə alınıb.

Buna baxmayaraq, abidənin təmiri və qorunması üçün hər hansı addım atılmadığına görə acınacaqlı vəziyyətə düşüb.
2016-cı ildə burada “Ələlbədəl” adlı televiziya serialının çəkilişi zamanı tarixi abidəyə yenidən ciddi ziyan dəyib.

Dəyən ziyanların aradan qaldırılması, yenidənqurma işlərinin aparılması üçün Həmədanın mədəniyyət xadimləri rəsmi qurumlara müraciət ediblər, ancaq problemin həlli ilə bağlı tədbir görülməyib.

Related Articles

Bir cavab yazın

Back to top button