İran

Həmədanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Həmədan Ustanı Tibb Elmləri Danişqahının müalicə işləri müavini doktor İbrahim Cəlili, “qarşıdakı 3 həftəyədək Həmədanda koronaya tutulma üzrə artan gediş davam edəcək. Koronaya tutulanlardan indiyə kimi 558 nəfəri ölüb. Hazırda ustanın mərizxanalarına 553 nəfər yatırılıb. Onlardan 35 nəfərinin durumu yaxşı deyil və ay si yu bölməsinə yerləşdiriliblər”, – deyə bildirib.
O, habelə əlavə edib ki, balını əlamətləri olan 11 min 906 nəfər ustanın mərizxanalarına müraciət ediblər. Onlardan 4169 nəfərinin sınaq nəticəsi müsbət olub. Ötən 24 saatda 95 nəfər müraciət edib. “Bu isə, ona dəlalət edir ki, ötən həftə ilə müqayisədə müraciət edənlərin sayı iki qat artıb. Öngörənlik olaraq düşünürük ki, xalq sağlıq protokollarına riayət etməsə, bu artım qarşıdakı 3 həftəyədək davam edəcək”, – deyib.
Əlavə edib ki, korona mərizliyi üçün ustan üzrə 700 tibbi yataq ayrılıb. Hansı ki, onlardan 553-də korona mərizi yatırılıb. Ümumiyyətlə, koronaya tutulanlardan indiyə kimi 185 nəfərinə plasma müalicəsi olunub. Amma bu qəti müalicə yolu hesab olunmur.

Related Articles

Bir cavab yazın

Back to top button