Dünya

Estoniya Ukraynaya daha çox silah tədarük etməyə çağırıb

Estoniyanın baş naziri Kaya Kallas müttəfiq ölkələri Rusiyanın tammiqyaslı hərbi təcavüzündən qorumaq üçün Ukraynaya lazım olan silahların tədarükünü artırmağa çağırıb.

Bu barədə “DW” xəbər verir.

“Mən bütün müttəfiqləri, o cümlədən Almaniyanı Ukraynaya özünü müdafiə etmək üçün lazım olan hər şeyi göndərməyə çağırıram” – deyə, o bildirib.

Kallas vurğulayıb ki, Ukraynaya silah tədarükünün sürətləndirilməsi mülki insanlar arasında qurbanların sayının artmasının qarşısını alacaq:

“Əgər bütün müttəfiqlər yanvar və ya fevral aylarında silah göndərsəydilər, çoxlu insan həyatını xilas edə bilərdilər”. (report)

Related Articles

Bir cavab yazın

Back to top button