![](https://www.aznews.tv/wp-content/uploads/2024/03/c9b1d338-1d03-42df-84b9-e4b61da3b737-780x470.jpg)
ANT xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.
“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə – red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, – deyə Marzuk qeyd edib.