İran

Hər il İrana qaçaqmalçılıq yolu ilə 1.7 milyard dollarlıq məişət texnikası gətirilir

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin rəsmisi bildirib ki, İrana bir il ərzində qaçaqmalçılıq yolu ilə gətirilən məişət əşyalarının həcmi 1.7 milyard dollara çatıb.

“Qaçaqmalçılıq yolu ilə İrana gətirilən məişət avadanlıqlarının həcmi 1.7 milyard dollar, qanuni yollarla gətirilinən malların həcmi isə 4.3 milyard dollardır”, – deyə Məhəmmədmehdi Bəradəran vurğulayıb.

Onun iddiasına görə, Sənaye Nazirliyi qaçaqmalçılıqla mübarizə proqramı çərçivəsində avtomobil hissələri, məişət texnikası və tütün məmulatları sektoruna qarşı mübarizəyə başlayıb. Bəradəran deyib ki, bundan sonra onlar kosmetika, geyim, oyuncaq və neft-kimya sahələrinə qarşı da mübarizəyə başlayacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button