Azərbaycan

Milli fəallar Urmu gölü ilə bağlı şüarlar yazıblar

Onlar Urmu gölünün qurudulmasının məqsədli olduğuna inanırlar.

Milli-mədəni fəallar Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində divarlara yazı və şüarlar yazaraq Urmu gölünün qurudulmasına etiraz ediblər.

“Urmu gölü can verir”, “Urmu gölünün quruması Azərbaycanın məhv olması deməkdir” və bu kimi şüarlar urmunun bir çox məhəllələrinin divarlarlna yazılıb.

Buna səbəb son günlər mütəxəssislərin Urmu gölünün tamamilə məhv ola biləcəyi ehtimalı barədə səsləndirdikləri fikirlər, hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button