
Plana uyğun olaraq, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.