Dünyaİran

İrana qarşı yeni sanksiyalar tətbiq edildi

Avropa Birliyi, İngiltərə, Kanada və ABŞ insan hüquqlarının pozulmasına görə iranlı şəxslərə və bu ölkənin bir neçə qurumuna qarşı yeni sanksiyalar tətbiq ediblər.

Avropa Birliyi dörd iranlı fiziki şəxs və 6 quruma qarşı 10-cu sanksiya paketini tətbiq edib.

AB-nin bəyanatında bildirilib ki, SEPAH-ın İmam Əli qərargahının komandir müavini, Fars və Mazandaran əyalətlərinin polis komandirləri də daxil olmaqla, 4 İran rəsmisinin adını sanksiya siyahısına daxil edib.

AB Sənəndəc, Zahidan, İsfahan və Şəhid Keçui həbsxanalarını, həmçinin “Tasnim” xəbər agentliyini və Kiber Məkan Ali Şurasını sanksiya siyahısına əlavə edib.

Avropa Şurasının bəyanatında bildirilir ki, AB-nin məhdudlaşdırıcı tədbirləri ümumilikdə 227 şəxs və 43 quruma qarşı tətbiq edilib.

Bununla yanaşı, İngiltərə, ABŞ və Kanada ölkələri birgə hərəkət edərək İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.

Kanada hakimiyyəti insan hüquqlarının pozulmasında iştirakında şübhəli bilinən daha altı nəfərin adını İrana qarşı sanksiyalar siyahısına salıb.

“Sanksiya siyahısına insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak edən altı nəfər daxildir”, – bəyanatda bildirilir.

Bunlara, xüsusən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri daxildir.

Qeyd olunur ki, bu, 2022-ci ilin oktyabrından İran rəsmilərinə qarşı 14-cü sanksiyalar paketidir. Məhdudiyyətlərə ümumilikdə 135 nəfər məruz qalıb.

Siyahıdakı İran vətəndaşlarının Şimali Amerika ölkəsinə girişi qadağan edilib və onların Kanadadakı mümkün bank hesabları dondurulub.

Related Articles

Bir cavab yazın

Back to top button