İran

Həsən Nəsrullah İranın göndərdiyi yanacağın iki gündən sonra “Hizbullah”a çatacağını bildirib

“Hizbullah” terror təşkilatının başçısı Həsən Nəsrullah İranın bu qrupa ilkin mərhələdə göndərdiyi yanacağın septambrın 12-də Suriyaya çatdığını deyib.

O, yanacağın septambrın 16-da artıq Lubnana çatacağını qeyd edərək, Bəşar Əsəd rejiminə də təşəkkür etməyi unutmayıb.

Onun sözlərinə görə, bir neçə günə 2-ci gəmi də Suriyanın Baniyas limanına çatacaq. Ardınca isə indi yolda olan 3 və 4-cü gəmilər də sözügedən limana çatacaq.

“Biz yanacağın gətirilməsi üçün çox sayda gəmidən istifadə edə bilərdik. Amma belə etmədik, çünki heç kimi qəzəbləndirmək istəmirik”, – deyə Nəsrullah artırıb.

“Hizbullah”ın başçısı sonda yanacağa görə İrana Lubnan funtu ilə ödəniş etdiklərini iddia edib.

Bildirək ki, İran hökuməti öz əhalisinin aclıq və səfalat içərisində yaşamasına rəğmən tosiətələb siyasətini həyata keçirmək üçün xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif terror təşkilatları və işğalçılara maliyyə, nizami və siyasi dəstək göstərməklə məşğuldur.

Son aylar İranın Azərbaycan Cümhuriyyətinin Rusiya barışcıllarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində qalan təcziyəçi ünsürlərin qalıqlarına yanacaq, qır və mənşəyi bilinməyən başqa məhsullarla dolu yük maşınları göndərir. Bu isə onu göstərir ki, İslamı öz çirkin niyyətləri üçün əlində alətə çevirmiş İran hökuməti bu hədəflərə xidmət etdiyi halda hətta qeyri-müsəlman terrorçu və işğalçılardan öz dindaşları olan ayrı dövlətlərə və millətlərə qarşı da istifadə edir.

Related Articles

Bir cavab yazın

Back to top button