İran

HƏCCƏ GEDƏNLƏRİN SAYINA MƏHDUDİYYƏTLƏR QOYULUR

Ərəbistan höküməti koronavirusa görə həcc zairlərinin sayını yüzdə 20-dək məhdudlaşdırır.
Bilgili mənbələrin bazar ertəsi verdiyi məlumata görə, Ərəbistan höküməti koronavirusun yayılmasının qarşısını almaq üçün həcc ziyarətçilərinin sayını məhdudlaşdırmağı nəzərdə tutur. Ölkədə aşkar edilən virusa tutulmaların sayı 100 min nəfəri keçib.
İllik Həcc ziyarətinə gedənlərin sayı son illərdə təqribən 2,5 milyon nəfərə çatıb. Rəsmi aamarlar göstərir ki, Ərəbistanın il ərzində Ümrə və Həcc mərasimlərindən əldə etdiyi ümumi gəlir illik 12 milyard dolara yaxındır.
Bu ilin mars ayında Ərəbistan dövləti Həcc ziyarətini müvəqqəti təxirə salıb.
Bilgili mənbənin verdiyi məlumata görə, Ərəbistan hökuməti bu qaydalara əməl etməklə hər bir ölkə üçün təyin edilmiş həddin yüzdə 20-ə qədərini qəbul edə biləcəyinə inanır.

Related Articles

Bir cavab yazın

Back to top button