Dünya

Lavrov: ABŞ və Aİ Cənubi Qafqaza sülh və sabitlik gətirmir

Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir.

“Ermənistan hazırda bir sıra çağırışlarla üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir.

Bu il Ermənistan alyansla bir neçə onlarla tədbirdə qatılıb, silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir.

Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır.

O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə dəyişir.

Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarını, o cümlədən Qarabağın itirilməsini Rusiyanın üzərinə yıxmağa çalışırlar.

Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur” – diplomat vurğulayıb.

“Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaqdır” – Lavrov bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button