Azərbaycan

Həmədan əyalətində səhralaşma sürətlə artır

Həmədan əyalətinin Təbii Sərvətlər və Su Hövzələrini İdarəetmə Təşkilatının başçısı İsfəndiyar Xəzai əyalətdə səhralaşmanın sürətlə artması ilə bağlı xəbərdarlıq edib.

O, bundan öncə səhralaşmış ərazilərin sahəsinin 64 min hektar olduğu halda son bir neçə ildə bunun 103 min hektara qədər genişləndiyini deyib.

Xəzai bunu yeraltı su qaynaqlarının tükənməsi, qlobal istilik və bitki örtüyünün məhv olması səbəbindən baş verdiyini söyləyib.

Bu günə kimi səhralaşmanın qarşısının alınması üçün yalnız 2.5 milyard tümən vəsait ayrıldığını deyən İsfəndiyar Xəzai bunun cüzi olduğunu və cari il üçün isə heç bir büdcənin nəzərdə tutulmadığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button