Azərbaycan

Həmədanda çox sayda dövlət məmuru həbs edildi

Bu barədə İran İnqilab keşikçiləri Korpusu məlumat yayıb.

İran İnqilab Keşikçiləri Korpusunun Həmədanda yerləşən “Ənsarül Hüseyn” qərargahının ictimaiyyətlə əlaqələr bölməsi əyalətdə çox sayda dövlət məmurunun həbs edildiyi barədə məlumat yayıb.

Məlumatda saxlanılanların 17 nəfər bələdiyyə işçisi olduğu, onların mənimsəmə, səlahiyyətindən su-istifadə və korrupsiyada ittiham olunduqları qeyd olunub.

Həbs edilənlərin kimliyi və hansı şəhərlərin bələdiyyə məmurları olduğu barədə açıqlama verilməyib.

Bir neçə gün bundan öncə Həmədan əyalətinin Nəhavənd şəhərində daha 5 bələdiyyə məmurunun həbs edildiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) bu ilin yanvarın 25-də 2021-ci il üçün yaydığı yeni hesabatında İran İslam Respublikası dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır.

Təşkilatın yaydığı son illik hesabatında bildirib ki, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur və korrupsiyanın miqyası və həcminə görə Qvatemala, Qvineya və Tacikistanla bərabər olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button