İran

Həmədanda dekorativ daşların 80 faizi İsfahan və Tehrana göndərilir

Həmədan zəngin və çeşidli daş yataqları olan əyalətlər sırasındadır. Belə ki, əyalətdə üzlük daşların yüzdə 80-i İsfahan və Tehrana göndərilir. Həmədanda andalozit şist, fledespat, silis, üzlük daş, dəmir daşı və dolomit yataqları mövcuddur. Əyalət yataqlarında ümumilikdə 1 milyard 777 milyon ton zəxirə var. Həmin ehtiyatdan illik 16 milyon 298 min ton faydalı qazıntı çıxarılır. Sərmayə yatırımı isə 703 milyard rialdan artıqdır. Ancaq əyalətdə daş karxanalarının olmaması üzlük daş tolidinin təşkil olunmasında bir sıra problemlərə səbəb olub. Məsələ ilə bağlı Həmədan Əyaləti Yataqların Mühəndisliyi Sistemi Sazimanının rəisi Məhəmməd Bəşir Yusifi Yeganə açıqlama verib. Onun sözlərinə görə, karxanaların olmaması üzlük daşlarının ucuz satışına imkan yaradıb. Bununla da üzlük daşların böyük hissəsi başqa bölgələrə göndərilir.

Related Articles

Bir cavab yazın

Back to top button