İran

Həmədanda İctimai istəklərlə etiraz təzahuratı keçirilib

Avqustun 12-də Həmədan əyalətinin tibb işçiləri və Tibb Biliyurdunun öyrənciləri etiraza çıxıblar.

Həmədan Biliyurdun qarşısına toplaşan narazılar sosial tələblər səsləndirib.

Etirazçılar üzərində “Öyrənci ölsə də rəzaləti qəbul etməz” və “Köləliyə yox” şüarları yazılmış plakatlar qaldırıblar.

Etirazın sonunda istəklərini bəyanat şəkilində səsləndiriblər . Sənəd Tibb Biliyurdunun dəftəri ilə mətbuat nümayəndələrinə təqdim olunub.

Etiraz bəyanatda deyilir:

“Çətin günlərdir. Ölüm özünün qorxulu kölgəsini hər yerə salıb və koronavirusun geniş yayılması ölkəni dərin bir böhrana sürükləyib. Bu ağır günlərdə koronavirusla mübarizə aparan tibb işçilərinə diqqətin artması gərək idi.

Ancaq bunun tərsini görürük və cüzi məbləğdə olan əmək haqlarının ödənilməməsi çatışmazlıqları daha da artırıb”.

Eyni halda onlar əmək haqlarının artırılmasını, bimə və başqa problemlərinin həll olunmasını istəyiblər.

Qeyd edək ki, eyni gündə Təbriz şəhərinin xanım öyrənciləri də Təbrizin Tibb Elmləri Biliyurdunun qarşısında oxşar etiraz keçimişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button