İran

Həmədanda iki məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Həmədan şəhərinin zindanında iki məhkum edam edilib.

Bildirilir ki, Əli Cəlilvənd və Əkbər Məhəmmədi adlı şəxslər narkotik maddələrin alverində ittiham olunurdular.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

İnsan haqlarının son hesabatından bu yana ölkə zindanlarında daha onlarla məhbus edam edilib.

Related Articles

Bir cavab yazın

Back to top button