Azərbaycan

Həmədanda müəllim çatışmazlığı yaşanır

Əyalətin Baş Təhsil İdarəsinin rəhbəri Həmədanın bu sahədə ölkə üzrə ən çox problem yaşayan əyalətlərdən biri olduğunu deyib.

Həmədan əyalətinin Baş Təhsil İdarəsinin rəhbəri Mahmud Nəqəvi əyalətdə müəllim və təhsil işçiləri çatışmazlığını deyib və Həmədanın bu sahədə ölkə üzrə ən çox problem yaşayan əyalətlərdən biri olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, yeni təhsil ilində əyalət üzrə 350 min şagirdin təhsil almalı olduğu, bunun üçün ortalama 20 min təhsil işçisinə ehtiyac duyulduğu halda ciddi kadr çatışmazlığı ilə üz-üzə qalıblar.

Nəqəvi bununla yanaşı əyalətdə məktəb çatışmazlığınınolduğunu, sinif otaqlarının çoxunluğunun tutumundan artıq şagird yerləşdirildiyini deyib və bu problemin aradan qaldırılması üçün 500 milyard tümən büdcəyə ehtiyac duyulduğunu açıqlayıb.

Qeyd edək ki, Həmədan əyalətinin zəngin tarixi, iqtisadi potansiyeli və işçi qüvvəsinə baxmayaraq, hökumətin yanlış  siyasəti nəticəsində əyalətdən başqa bölgələrə köç artıb.

Əyalət valiliyinin verdiyi rəsmi statistikaya görə, özəlliklə son bir neçə ildə Həmədan kəndlərindən Tehran və başqa fars dilli böyük şəhərlərə köçün artması nəticəsində 320 kənd tamamilə boşalıb.

Related Articles

Bir cavab yazın

Back to top button