İran

Həmədanda zəfəran istehsalında artım qeydə alınıb

Həmədan ustanının Əkinçilik Cihadının Bağdarlıq Müdiri bildirib ki, bu il 870 kq zəfəranın yetişdiriləcəyi təxmin edilir. Höccətullah Şəhbazinin sözlərinə görə, zəfəran əkini hazırda 215 hektara yüksəlib. O, zəfəran məhsulunun illik 52 kq-dan 700 kq-a çoxaldığını vurğulayıb. Qeyd edək ki, Həmədanda zəfəran əkini şəhrivərdən başlıyar və əkindən ay sonunadək bir dəfə suvarılır. Mehrdə yağış yağmadıqda isə suvarma işləri 2-ci dəfə həyata keçirilir.
Məlumata görə, İran dünya zəfəranının yüzdə 90-nını tolid edir. Azərbaycanın da Həmədan və Mərənd şəhərlərində yüksək miqdarda zəfəran əkilir. Əkinçilik uzmanlarının sözlərinə əsasən,
Urmu Gölü böhranı və quraqlıqla mübarizədə zəfəran əkini alternativ yoldur.

Related Articles

Bir cavab yazın

Back to top button