Azərbaycanİran

Həmədanın ən böyük su bəndi qurumaq üzrədir

Həmədanın ən böyük su bəndi qurumaq üzrədir. Bu barədə İran Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin İnteqrasiya və Tənzimləmə Məsələləri üzrə sədr müavini Məhəmməd Zəruri məlumat verib.

Məhəmməd Zəruri mediaya verdiyi açıqlamada Həmədan əyalətinin su təminatında əsas rol oynayan “Ekbatan” su anbarında su həcminin bir milyon kubmetrə qədər azaldığını deyib.

Onun sözlərinə görə, yaxın bir həftə ərzində mövcud olan su həcmi tamamilə tükənəcək.

Qeyd edək ki, son həftələr Həmədanda içməli su çatışmazlığı yaşandığı üçün su kəsintiləri çoxalıb və vətəndaşlara su kvota ilə verilir.

Bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetmə üsülu nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.

Onların fikrincə qarşıda gözlənilən su müharibələrində İran məcburi olaraq ön sıralarda olacaq.

Qeyd edək ki, bundan öncə Xuzistan başda olmaqla İranın bir sıra bölgələrində su qıtlığına qarşı başlanan etiraz aksiyalarında onlarla vətəndaş öldürülüb, çox sayda insan qondarma ittihamlarla həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button