İran

Həmədanın “Ağ göl”ü qurudu

Həmədan əyalətinin yaşam çevrəsi Mühafizəsi İdarəsinin başçısı Möhsün Cəfərinəjad bildirib ki, quraqlıq, yağıntıların kəskin azalması, yeraltı su qaynaqlarından qaydasız istifadə və ən əsası gölə illik su payının buraxılmaması bölgənin ekosistemində önəmli rol oynayan Ağgölün qurumasına səbəb olub.

Bundan öncə Həmədan əyalətinin Məlayir mahalının yaşam çevrəsi Mühafizəsi İdarəsinin başçısı Abbas Nəccari gölün qurumaqda olduğu barədə məlumat vermişdi. O, gölün 2009 və 2016-cı illərdə də suyunun azaldığını, ancaq yenidən canlandığını söyləmişdi.

“Bundan öncədə belə hal baş verib, ancaq indi son 50 ilin ən şiddətli quraqlığı ilə üzləşdiyimizdən bu, daha geniş vüsət alıb”-deyə, açıqlama verib.

A.Nəccari yağıntıların azaldığını və Ağ gölün əsas suyunun təmin olunduğu Qara çayı suyunun quruması gölün bu duruma düşməsinin əsas amili hesab edib.

Yaşam çevrəsi Mühafizəsi İdarəsinin başçısı gölün qurumasının vəhşi təbiətin məhv olması ilə yanaşı əyalət və bölgədə toz fırtınalarının yaranmasına və əhalinin həyatının, fəaliyyətinin çətinləşməsinə səbəb olacağını deyib.

Abbas Nəccari hər il nadir quş növlərinin köç vaxtı bu gölə gəldiklərini, ancaq ekoloji problemlərin şiddətlənməsi və gölün qurumasından sonra köçəri quşların bölgədə görünmədiyini qeyd edib.

Qeyd edək ki, Ağ göl 830 hektar genişliyi var və bölgənin görməli yerlərindən biri sayılır. Gölün quruması burada yaşayan balıqların, su canlılarının məhvinə və nadir köçəri quşların yoxa çıxmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button