Azərbaycanİran

Həmədanlı məhbus müəllimin durumu ağırlaşıb

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin sağlıq durumu ağırlaşıb.

Onun bağırsaq iltihabı xəstəliyindən əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir.

Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurasının fəal üzvü olan Cəfər İbrahimi Həmədan şəhərindəndir. O, İranda ana dilində təhsilin tərəfdarlarından və müəllimlər arasında bu sahənin tanınmış fəallarındandır.

Related Articles

Bir cavab yazın

Back to top button