Dünya

HƏMAS İsraillə danışıqları dayandırdı – Girovların azad edilməsi əməliyyatı təxirə düşdü

HƏMAS təşkilatı Qəzza zolağında israilli girovların azad edilməsi ilə bağlı danışıqları dayandırdığını elan edib.

“Aznewstv” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Fələstin rəsmilərindən biri məlumat verib. Buna səbəb bölgənin şimalında Əl-Şifa xəstəxanası yaxınlığındakı ərazinin atəşə tutulması olub.

Bu arada NBC News Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, İsrail fələstinli qadın və yeniyetmələrin İsrail həbsxanalarından azad edilməsi müqabilində İsrail vətəndaşı olan 80 qadın və uşağın azad edilməsi üçün HƏMAS-la danışıqlar aparmağa çalışır.

NBC News mənbəsi İsrailin neçə məhbusu azad etməli olduğunu dəqiqləşdirməyib. İsrail Müdafiə Qüvvələri daha əvvəl noyabrın 12-də xəstəxananın ərazisində hərbi əməliyyatın keçirildiyini təsdiqləyib. İsrail tərəfi iddia edir ki, HƏMAS xəstəxanadan yeraltı komandanlıq mərkəzi üçün örtük kimi istifadə edir. Qrup bu ittihamları rədd edir.

Related Articles

Bir cavab yazın

Back to top button