Azərbaycan

Hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib

Hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşqlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Related Articles

Bir cavab yazın

Back to top button