İran

Həsən Ruhani Vaşinqtonun Tehrana basqı siyasətindən danışdı

İran prezidenti Həsən Ruhani Amerikada prezident seçkilərindən sonra Vaşinqtonun Tehrana münasibətinin dəyişəcəyinə ümidli olduğunu bildirib.
Prezident bu barədə bir sıra xəbər ajanslarının müdirləri ilə keçirilən görüşdə danışıb. “Amerika təhrimlərdən hədəflərinə çatmayıb. Qarşıdan gələn seçkidə qalib gələn hər hansı hizb təhrim və basqı siyasətindən imtina edəcək”,-deyə ölkə başçısı vurğulayıb. Ruhani rəhbərlik etdiyi dövlətin son 7 ildəki siyasi və iqtisadi fəaliyətini difa edib. Habelə İranın iqtisadi uğurlarını nadir və misilsiz adlandırıb. Ancaq maddi baxımdan insanların yaşayış şəraitinin o qədər yaxşı olmadığını da etiraf etməli olub.

Related Articles

Bir cavab yazın

Back to top button