Dünya

Hami Aksoy: “Amerikanın qərarı bölgədəki gərginliyi artırır”

“Amerika ilə Kipr cumhurisi arasında imzalanmış təfahumnamə Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”. Bu barədə Türkiyənin Xarici İşlər vəzirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib. Onun sözlərinə görə, Amerikanın bölgədəki son qərarı burada gərginliyi artırır. Eləcə də razılaşmanın “Kipr məsələsi”nin həllini poza biləcəyi vurğulanıb.
Hami Aksoy Amerikanın dövlət dəbiri Mayk Pompeonun Kipr cumhurisinə səfəri məsələsinə də münasibət bildirib. O, Amerika rəsmisinin səfər zamanı türk cəmiyyətinin nümayəndələri ilə görüşmədiyini açıqlayıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button